PSJ Mbappeni heyətdən uzaqlaşdırdı
22.07.2023 - 01:13
PSJ Mbappeni heyətdən uzaqlaşdırdı

Kilyan Mbappe PSJ-nin Yaponiya turnesinə aparılmayıb.

Apasport.az-ın məlumatına görə, klub rəhbərliyi futbolçunun davranışını səbəbindən belə addım atıb.

PSJ-də Mbapennin “Real”la gizli danışıqlar apardığını düşünürlər. Dünən “Havr”la yoxlama oyununda (2:0) meydana çıxan Kilyan ikinci qolun müəllifi olub. Matçdan sonra ona “Gündoğar ölkə”yə aparılmayacağı məlumatı verilib. Paris klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi olan forvard yeni müqavilə imzalamaqdan imtina edib. 

Qeyd edək ki, Mbappenin “Real”la ilkin razılaşma əldə etdiyi bildirilir. Onun Madriddə ilə 54 milyon avro qazanacaq. Sadəcə madridlilər PSJ-nin tələb etdiyi 180 milyonu avronu ödəmək niyyətində deyillər.
 

writer photo
Əlirza Əlirzalı
0