PSJ-nin 18 yaşlı futbolçusu Qətərdə
19.09.2023 - 13:13
PSJ-nin 18 yaşlı futbolçusu Qətərdə

PSJ-nin futbolçusu İlyes Usni karyerasını Qətərdə davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, 18 yaşlı fransalı hücumçu “Əl-Sədd”lə anlaşıb.

Fransanın gənclərdən ibarət millisinin də şərəfini qoruyan gənc forvard Asiya təmsilçisində icarə əsasında çıxış edəcək. Paytaxt klubunun əsas komandasında 2 oyun keçirən İlye, PSJ-nin U19 kolektivi ilə 28 matçda 30 qol vurub.

Qeyd edək ki, “Transfermarkt” portalında oyunçunun qiyməti 3,5 milyon avrodur.
 

writer photo
Əlirza Əlirzalı
0