PSJ-nin transfer SİYAHISI
05.05.2023 - 16:48
PSJ-nin transfer SİYAHISI

PSJ-nin yayda heyətinə qatmağı planlaşdırdığı futbolçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa klubunun transfer siyahısında 14 oyunçu yer alıb.

Parislilər 4 fərqli istiqamətdə axtarışdadır. Klub rəhbərliyi solaxay mərkəz müdafiəçisi, atletik yarımmüdafiəçi, hücumameylli sağ vinger və mərkəz hücumçusuna ehtiyac duyur.

Müdafiənin mərkəzinə gətirmək üçün Emerik Laport (“Mançester Siti”), Lukas Ernandes (“Bavariya”), Evan Ndika (“Ayntraxt”) və Fikayo Tomori (“Milan”) arasında seçim ediləcək. Atletik yarımmüdafiəçilərdən Manu Kone (“Borussiya” M), Kefren Türam (“Nitsa”), Yussuf Fofana (“Monako”) və İbrahima Sanqare (PSV) Liqa1 təmsilçisinin hədəfindədir.

Sağ vinder mövqeyinə Mussa Diabi (“Bayer”), Maykl Olis (“Kristal Pelas”), Rayan Şerki (“Lion”) və Bernardu Silva (“Mançester Siti”) alına bilər. Hücumun mərkəzinə Viktor Osimhen (“Napoli”) və Rendal Kolo Muanidən (“Ayntraxt”) birinin alınması nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0