Pavar “Bavariya”dan narazıdır
30.10.2022 - 22:54
Pavar “Bavariya”dan narazıdır

“Bavariya”nın müdafiəçisi Benjamin Pavar Münhen klubundakı durumundan narazıdır.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu bir gün əvvəl “Maynts”la oyundan (6:2) sonra stadionu, bu gün isə məşq bazasını ilk tərk edən olub.

26 yaşlı cinah oyunçusu məşqçilər korpusu ilə göz təmasından qaçır. Fransa millisinin üzvü “Maynts”la görüşdə fasilədən sonra ehtiyatdan meydana daxil olub. Futbolçu gedişat bu cür davam edəcəyi təqdirdə komandasını dəyişməyi nəzərdən keçirəcək.

Qeyd edək ki, Benjamin Pavarın “Bavariya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0