“İnter”in futbolçusu güllələnməklə hədələndi - SƏBƏB
06.10.2022 - 22:02
“İnter”in futbolçusu güllələnməklə hədələndi - SƏBƏB

Çempionlar Liqasının qrup mərhələsində “İnter”lə keçirilən oyundan sonra “Barselona”nın azarkeşlərindən biri sosial şəbəkədə rəqibin müdafiəçisi Alessandro Bastonini hədələyib.

Apasport.az saytının məlumatına görə, milanlıların 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın sonunda İspaniya klubu nümayəndələrinin narazılığına səbəb olan epizod yaşanıb.

Kataloniyalıların futbolçuları və məşqçilər korpusunu qəzəbləndirən mübahisəli epizoda isə hakim VAR-da baxmayıb. Bu, ispan azarkeşlər də qəzəbləndirib. “Barsa” azarkeşlərindən biri sosial şəbəkədə Bastonini bir daha futbol oynaya bilməməsi üçün ayaqlarını sındırmaqla hədələyib. Daha sonra həmin fanat yazıb: “Sənə silah doğruldaraq vuracağam”.

Bastoniyə qarşı təhdidlərin skrini futbolçunun sevgilisi tərəfindən yayımlanıb və “Barselona” azarkeşinin davranışı pislənilib.
 

writer photo
Əlirza Əlirzalı
0