PSJ yeni qapıçısını açıqladı
15.06.2024 - 13:49
PSJ yeni qapıçısını açıqladı

Liqa 1-də mövsümü çempionluqla başa vuran PSJ yay mövsümünün ilk transferini həyata keçirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransa klubu Rusiyanın "Krasnodar" komandasından Matvey Safonovla 5 illik müqavilə imzalayıb. 

"Krasnodar"ın aşağı yaş qruplarında məşq edən Safonov 2019-cu ildə A komandasına yüksəlib.

25 yaşlı qolkiper 2023/24 mövsümündə 11 matçda qapısını toxunulmaz saxlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0