Qabriel Jezusun durumuna aydınlıq gəldi
25.10.2023 - 15:49
Qabriel Jezusun durumuna aydınlıq gəldi

“Arsenal”ın “Sevilya” ilə oyunda zədələnən futbolçusu Qabriel Jezusun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Mikel Arteta açıqlayıb.

41 yaşlı ispaniyalı çalışdırıcı futbolçunun vəziyyətindən narahat olduğunu bildirib: “Qabriel özündə ağrılar hiss etdi və dərhal əvəzlənməsini istədi. Onun vəziyyəti heç də yaxşı deyil. Bu, bizim üçün yaxşı xəbər olmadı. Çünki Xesus belə oyunçu deyil”.

Qeyd edək ki, braziliyalı hücumçu “Sevilya” ilə keçirilən oyunun 81-ci dəqiqəsində əvəzlənib. Forvard bu matçda 1 qol və 1 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0