“Arsenal”ın yarımmüdafiəçisi Lukas Torreyra karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin futbolçusu yeni mövsümdən “Qalatasaray”ın formasını geyinəcək.
Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət yekunlaşıb. “Topçular”la yanaşı, 26 yaşlı oyunçu özü də “cim-bom”a keçməyə razılıq verib. Torreyra yaxın günlərdə İstanbula yollanaraq, yeni klubu ilə müqavilə imzalayacaq. İngiltərə klubunun bu transferdən təxminən 6-7 milyon avroluq gəlir götürməsi gözlənilir.
Qeyd edək ki, Lukas Torreyra 2018-ci ildən “Arsenal”da çıxış edir.