Çempionlar Liqasını püşkatması atılıb.
Apasport.az saytı xəbər verir ki, “Qalatasaray” A qrupunda yer alıb.
Türkiyə çempionu çətin qrupda yer alıb. "Sarı-qırmızılar" "Bavariya" və "Mançester Yunayted" kimii güclü rəqiblərlə eyni qrupda yer alıb.
F qrupunu "ölüm qrupu" adlandırmaq olar. Burada Avropanın aparıcı ölkələrinin klubları yer alıblar.
Son çempion "Mançester Siti" daha rahat qrupda mübarizə aparacaq.
A qrupu
“Bavariya” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə),
B qrupu
“Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), PSV (Niderland), “Lans” (Fransa)
C qrupu
“Napoli” (İtaliya), “Real Madrid”, “Braqa” (Portuqaliya), “Union” (Almaniya).
D qrupu
“Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Zalsburq” (Avstriya), “Real Sosyedad” (İspaniya),
E qrupu
“Feyenoord” (Niderland)? “Atletiko Madrid” (İspaniya), “Latsio” (İtaliya), “Seltik” (Şotlandiya).
F qrupu
PSJ (Fransa), “Borussiya Dortmund” (Almaniya), “Milan”(İtaliya), “Nyukasl” (İngiltərə).
G qrupu
“Mançester Siti” (İngiltərə), ““Leypziq” (Almaniya), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə).
H qrupu
“Barselona” (İspaniya), “Portu” (Portuqaliya), Şaxtyor” (Ukrayna), “Antverp” (Belçika).