“Qalatasaray” onun üçün 5 milyondan keçməyə hazırdır
24.12.2022 - 16:54
“Qalatasaray” onun üçün 5 milyondan keçməyə hazırdır

Türkiyənin “Qalatasaray” klubu qışda heyətini gücləndirmək istəyir. 

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lion”undan Mussa Dembele ilə maraqlanır. 

“Cim-bom” 26 yaşlı futbolçunun transferi üçün 5 milyon avrosundan keçməyə hazırdır. Lakin fransız hücumçunun ingilis klublarının da transfer siyahısında olmasa onların işini çətinləşdirir. 

Qeyd edək ki, Dembele “Atletiko”, “Fulhem”, “Seltik” və “Lion” klublarının şərəfini qoruyub. Bu komandalarla 337 oyunda iştirak edən futbolçu 151 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0