“Qalatasaray” Türkiyə millisinin futbolçularını transfer edə bilər
03.09.2022 - 17:54
“Qalatasaray” Türkiyə millisinin futbolçularını transfer edə bilər

“Qalatasaray” yay transfer pəncərəsinin sonunda daha iki futbolçunu heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvləri Çağlar Söyüncü və Kaan Ayhan İstanbul nəhənginin hədəfindədir.

“Sarı-qırmızılar” hər iki oyunçunun keçidi ilə bağlı danışıqlara başlayıb. Kaan 2020-ci ildən İtaliyada çıxış edir. 28 yaşlı müdafiəçi “Sassuolo”da forma geyinir. 26 yaşlı Çağlar isə 4 ildir “Lester”in uğurları üçün çalışır.

Qeyd edək ki, 4 oyunda 7 xal toplayan “Qalatasaray” Super Liqanın turnir cədvəlində 8-cidir.
 

writer photo
Əlirza Əlirzalı
0