"Qalatasaray"la baş tutacaq matçda Millot Raşitsaya xüsusi tapşırıq verilib.
Apasport.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Burak Yılmaz ötən mövsüm "sarı-qırmızı" forma geyinən 27 yaşlı futbolçuya xüsusi tapşırıq verməyi lazım bilib.
Millot xüsusilə əks-hücumlarda aparıcı rol oynayacaq. Ötən mövsüm "Qalatasaray"la çempionluq yaşayan və rəqibi yaxından tanıyan futbolçu əsasən oyunun ilk hissəsində qol vurmaq və ya assist etmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, kosovolu oyunçu Abubakardan sonra "Beşiktaş"ın liqada ən çox qol vuran ikinci oyunçusu kimi diqqət çəkir. O, cari çempionatda 2 qol vurub.