“Qalatasaray’da ayrılıq
11.10.2023 - 11:42
“Qalatasaray’da ayrılıq

“Qalatasaray’la yollarını ayıracaq ilk oyunçunun adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk Serxio Oliveyranı gələcək planları arasında görmür.

Portuqaliyalı yarımmüdafiəçinin ötən mövsümün sonundan transfer xəbərləri gündəmdə olsa da, o komandada qalıb. Buna baxmayaraq, heyətdə yerini möhkəmlədə bilməyən Sergio baş məşqçi tərəfindən gözdən çıxarılıb.

Qeyd edək ki, “cimbom” 31 yaşlı təcrübəli futbolçunun transferiylə bağlı Səudiyyə Ərəbistan klubları ilə danışıqlar aparır.
 

writer photo
Əlirza Əlirzalı
0