“Qalatasaray”da gözlənilən vida
18.12.2023 - 18:21
“Qalatasaray”da gözlənilən vida

“Qalatasaray” qışda daha bir futbolçu ilə yolları ayırmağı düşünür.

Apasport.az xəbər verir ki, “aslanlar” Sergio Oliveyra ilə müqaviləni ləğv etmək istəyir.

Hətta bu məqsədlə 31 yaşlı yarımmüdafiəçinin agenti İstanbula dəvət olunub. Xatırladaq ki, ehtiyatda qaldığı üçün komandadan ayrılmaq istəyən Portuqaliya millisinin üzvü bu günlərdə xoşagəlməz hal yaşayıb. Belə ki, məşq zamanı Sergionun sinə əzələsi qırılıb. Hətta bu səbəbdən futbolçunun 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Qeyd edək ki, bu mövsüm 20 matçda cəmi 893 dəqiqə meydanda olan Oliveyra 2 qol və 2 məhsuldar ötürməyə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0