"Qalatasaray"da Kerem Aktürkoğlu üsyanı
07.08.2024 - 01:07
"Qalatasaray" və "Beşiktaş" arasında keçirilmiş Türkiyə Superkuboku matçının fasiləsində meydandan çıxarılan Kerem Aktürkoğlu məşqçilər korpusunu sərt tənqid edib.
Apasport.az xəbər verir ki, futbolçu köməkçi məşqçi İrfan Saraloğlu ilə mübahisə yaşayıb.
İddialara görə, mübahisə zamanı Kerem nalayiq ifadələr də səsləndirib.
Məsələ ilə bağlı futbolçunun meneceri Cenk Melih Yazıcı klub rəsmisi İbrahim Hatipoğlu ilə görüşüb və Keremin gələcəyi ilə bağlı müzakirələr aparıb.
Xatırladaq ki, superkubok matçı "qartalların" 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0