“Qəbələ”də daha 3 müqavilə
13.06.2022 - 18:34
“Qəbələ”də daha 3 müqavilə

“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla anlaşmalar yenilənib.

Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Sözləşmələri 2021/22 mövsümünün sonunda başa çatan oyunçular 2023-cü ilin yayına qədər “qırmızı-qara” formanı geyinəcəklər.

Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Məmmədov 152 (13 qol), Musayev 60 (2 qol) oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.

writer photo
Əlirza Əlirzalı
0