Rafinyanın yerinə 25 milyonluq transfer
07.07.2022 - 23:33
Rafinyanın yerinə 25 milyonluq transfer

“Lids” komandanı tərk etməyə hazırlaşan Rafinyanın boşluğunu indidən doldurub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu heyətinə yeni vinger cəlb edib.

İngiltərə təmsilçisi “Feyenoord”un ön xətt oyunçusu Luis Sinisterranı transfer edib. Bu keçid Niderland klubuna 25 milyon avro və əlavə bonuslar qazandırıb. Kolumbiya millisinin üzvünün yeni komandası ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 23 yaşlı Sinisterra 2018-ci ildən bəri “Feyenoord”un formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0