Arteta: "Son vaxtlar onların oyunlarını çox izləmişəm"
22.01.2023 - 19:27
Arteta: "Son vaxtlar onların oyunlarını çox izləmişəm"

“Aydındır ki, “Mançester Yunayted” çox yaxşı oynayır. Son vaxtlar onların oyunlarını çox izləmişəm və görünür, getdikcə daha da yaxşılaşırlar. Onların “Ayaks”dakı vaxtından tanıdığım yaxşı məşqçisi var və onun komandaları həmişə yaxşı futbol sərgiləyir".

Apasport.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyib.

O, Premyer Liqanın XXI turunun "Mançester Yunayted"lə oyunu ilə bağlı gözləntilərini bölüşüb. "Arsenal" Premyer Liqanın cari mövsümündə yeganə məğlubiyyətini "Mançester Yunayted"dən (1:3) alıb.

İspaniyalı məşqçi həmin oyuna da toxunub: "Bəli, onlarda hər şey yaxşıdır. Mövsümün əvvəlində "Old Traford"dakı matçı da xatırlamalıyıq. Oyunun gedişatına daha çox biz nəzarət edirdik və fikrimcə, sonda daha yaxşı nəticəyə layiq idik".

Qeyd edək ki, Londondakı görüş bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0