PSJ ona qiymət qoydu
22.07.2022 - 17:51
PSJ ona qiymət qoydu

“Yuventus” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredeslə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Paris klubu argentinalı futbolçusuna 30 milyon avro qiymət qoyub.

Bununla yanaşı, Paredesin Fransa çempionunda illik maaşının 7 milyon avro olması da turinliləri narahat edir. “Qoca sinyora” hücumçusu Moyze Kinin müqaviləyə daxil edilməsi ilə bağlı PSJ-nin razılığını ala bilməyib. Bu üzdən italyanlar 28 yaşlı orta sahə oyunçusunun transferi üçün bir futbolçusunu satmalı olacaq. Rəhbərliyin “qara siyahı”sındakı ilk ad isə braziliyalı yarımmüdafiəçi Arturdur.

Qeyd edək ki, Leandro Paredes 2019-cu ildən PSJ-də çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0