"Qalatasaray"da növbəti ayrılıq
31.08.2024 - 19:22
"Qalatasaray"da növbəti ayrılıq

Super Liqa təmsilçisi "Qalatasaray"da növbəti ayrılıq gerçəkləşib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Leo Dübua ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Qalatasaray" Leo Dübuanı 2022-ci ilin yayında "Lion"dan transfer etmişdi. 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Başakşehir"də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0