"Qalatasaray"dan gənc futbolçuya jest
04.02.2024 - 18:30
"Qalatasaray"dan gənc futbolçuya jest

“Qalatasaray” rəhbərliyi Barş Alper Yılmazın oyunundan razıdır.

Apasport.az xəbər verir ki, İstanbul klubu Avropanın bir çox klubunun da diqqət mərkəzində olan vinqerinin maaşını artırmağı planlaşdırır.

23 yaşlı futbolçu hazırda ildə 10 milyon türk lirəsi qazanır. Yeni qərarla Barışın əməkhaqqısı 100 faiz artırılaraq 20 milyon türk lirəsi olaraq. 

Qeyd edək ki, Türkiyə millisinin də şərəfini qoruyan Yılmazın “Qalatasaray”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm 36 matçda meydana çıxan futbolçu 3 qol və 5 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0