"Qalatasaray"ın futbolçusu “Milan”ın transfer siyahısında
22.12.2023 - 12:33
"Qalatasaray"ın futbolçusu “Milan”ın transfer siyahısında

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson Zlatan İbrahimoviçin transfer siyahısına düşüb.

Apasport.az xəbər verir ki, "Milan"ın müdafiə xətti üçün transfer siyahısında üç ad var.

İtaliya A seriyasının nəhənginin mərkəz müdafiəçisi mövqeyinə namizədlərdən biri isə “Qalatasaray”ın 25 yaşlı futbolçusudur. "Barselona"nın İngiltərə Premyer Liqa komandasına icarəyə verdiyi solaxay müdafiəçi Klemen Lenqle və "Betis"in üzvü Xuan Miranda da bu siyahıdadır. Bu namizədlər üçün transfer danışıqları "Milan"ın müşaviri Zlatan İbrahimoviçin aparacağı gözlənilir. Ona görə də yaxın günlərdə Zlatanın İstanbula gələcəyi ehtimal edilir.

Qeyd edək ki, danimarkalı müdafiəçi bu mövsüm "Qalatasaray" formasında 19 matçda çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0