“Beşiktaş” üçün Bentes, yoxsa Cerrard?
26.10.2022 - 14:20
“Beşiktaş” üçün Bentes, yoxsa Cerrard?

“Beşiktaş” baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ardıcıl uğursuz nəticələrdən sonra hazırkı çalışdırıcı Valeryen İsmaelin istefası nəzərdə tutulub.

Hazırda fransalı mütəxəssislə müqavilənin ləğvi məsələsi müzakirə olunur. Onunla vidalaşmağı qərara alan Türkiyə klubunda bu posta ilk namizədlər də bəllidir. Bunlar Rafael Benites və Stiven Cerrarddır. İsmaelin sözləşməsinə xitam verilən kimi, onlarla danışıqlara başlanılacaq.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0