"Qalatasaray"ın hücumçusu La Liqada
02.02.2024 - 10:38
"Qalatasaray"ın hücumçusu La Liqada

"Qalatasaray"ın hücumçusu Sedrik Bakambu İstanbul təmsilçisindən ayrılaraq İspaniya çempionatına keçib.

Apasport.az "sarı-qırmızılılar"ın rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı konqolu futbolçunun yeni ünvanı La Liqa təmsilçisi "Betis"dir.

Tərəflər arasında 2026-cı ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Bakambunun İspaniyada oynamaq təcrübəsi var. Konqolu 2015-2018-ci illərdə "Vilyarreal"da çıxış edib. O, 75 matçda iştirak edib, 31 qol vurub və 5 məhsuldar ötürmə edib. 

writer photo
Əlirza Əlirzalı
0