"Qalatasaray"ın yeni hədəfi müəyyənləşib
09.06.2024 - 12:22
"Qalatasaray"ın yeni hədəfi müəyyənləşib

"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü icarə əsasında "Börnli"də keçirmiş Lorents Assinyonu transfer etmək istəyir. 

"Sarı-qırmızılar" 23 yaşlı sağ cinah müdafiəçisini yay təlim-məşq toplanışına kimi tamamlamağa çalışır. 

Qeyd edək ki, Lorents Assinyon müqavilə ilə "Renn"ə məxsusdur. Fransalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Börnli"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0