"Qalatasaray"ın zədəli yarımmüdafiəçisi meydanlara dönür
06.03.2024 - 16:08
"Qalatasaray"ın zədəli yarımmüdafiəçisi meydanlara dönür

"Qalatasaray"ın uzun müddətdir zədəli olan yarımmüdafiəçisi Hakim Ziyeş meydanlara geri dönür. 

Apasport.az xəbər verir ki, Ziyeş “Qalatasaray”ın bugünkü məşqində iştirak edə bilər. 

Xatırladaq ki, mərakeşli futbolçu Afrika Millətlər Kubokunda topuq nahiyəsindən zədələnmişdi.

Qeyd edək ki, mövsümün əvvəlində  icarəyə götürülən Ziyeş bu mövsüm 14 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0