"Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb
15.08.2024 - 13:33
"Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb

Superliqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi “Spartak”la razılaşıb. Onun Moskva təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.

Kerem 2020-ci ildən “Qalatasaray”da çıxış edir. O, “cim-bom”la 175 oyunda 44 qol vurub, 39 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0