“Qalatsaray”ın seriyası təkrarlandı, “Milan”dan antirekord
05.10.2023 - 11:31
“Qalatsaray”ın seriyası təkrarlandı, “Milan”dan antirekord

“Milan” tarixinin antirekorduna imza atıb.

Apasport.az xəbər verir ki, İtaliya klubu Çempionlar Liqasında ardıcıl 4 oyundur qol vura bilmir.

“Rossonyeri” qitənin ən nüfuzlu turnirinin tarixində bu qədər müddət qolsuz qalmamışdı. Bu, Dortmund “Borussiya”sı ilə qolsuz heç-heçədən sonra gerçəkləşib.

Milanlılar qrup mərhələsinin startında ardıcıl ikinci matçda 0:0 hesablı heç-heçə edib. Bu, turnirin tarixində 4-cü belə seriyadır. “Qalatasaray” 1993/94, AEK 2002/03, “Vilyarreal” 2005/06 mövsümündə ilk iki görüşdən qolsuz bərabərliklə ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0