Qanalı futbolçu: “Neymar məndən yaxşı deyil”
24.11.2022 - 12:21
Qanalı futbolçu: “Neymar məndən yaxşı deyil”

Qana millisinin yarımmüdafiəçisi Məhəmməd Kudus maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, hazırda “Ayaks”ın formasını geyinən 22 yaşlı pleymeyker özünü Braziliya yığmasının lideri Neymarla müqayisə edib.

Kudus hətta özünü Neymardan güclü hesab edib: “Neymar məndən yaxşı deyil. Sadəcə olaraq, onun daha yüksək statusu var. İndi çox nailiyyətlər qazandığı üçün daha yaxşıdır. Amma tezliklə ona çatacağam”.

Qeyd edək ki, Qana yığması Qətərdə keçirilən dünya çempionatında ilk oyununu bu gün Portuqaliyaya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0