UEFA Avropa Liqasının 1/8 finalında təmsilçimiz "Qarabağ"ın rəqibi "Bayer Leverkuzen" yeni yarımmüdafiəçi almaq istəyir.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Ştutqart”ın yarımmüdafiəçisi Kris Füriçlə maraqlanır.
Eyni zamanda “Borussiya” və “Leypsiq” klubları da 26 yaşlı futbolçunu sıralarına qatmaq istəyirlər.
Bu mövsüm yarımmüdafiəçi "Ştutqart"da 29 matçda iştirak edib. Furiç 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Krisin potensial transfer məbləği 20 milyon avrodur.
Qeyd edək ki, martın 14-də UEFA Avropa Liqasının 1/8 finalının cavab oyununda "Qarabağ" "Bayer"in qonağı olacaq. Bakıdakı görüş 2:2 bərabərliklə başa çatıb.