"Qarabağ"ın ÇL-dəki rəqibi "Fənərbaxça"nın futbolçusunu istəyir
23.08.2024 - 12:29
"Qarabağ"ın ÇL-dəki rəqibi "Fənərbaxça"nın futbolçusunu istəyir

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) “Fənərbaxça”nın futbolçusu Rayan Kentə “elçi düşüb”.

Apasport.az xəbər verir ki, Xorvatiya təmsilçisi oyunçuya rəsmi təklifini bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kent “Fənərbaxça”dan ayrılmaq istəmir və “Dinamo”ya “yox” deyib.

Daha əvvəl isə "Fənərbaxça"nın yeni mövsüm planlarına daxil edilməyən Rayan Kentə Fransanın "Nitsa" klubundan təklif gəlib. 

İngiltərəli cinah oyunçusu “Fənərbaxça”da 19 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı 3:0 hesabıyla məğlub edib. Cavab görüşü avqustun 28-də Bakıda olacaq.

writer photo
Əlirza Əlirzalı
0