"Qarabağ"ın keçmiş qapıçısı milli karyerasını bitirdi
07.05.2024 - 19:00
"Qarabağ"ın keçmiş qapıçısı milli karyerasını bitirdi

“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisindəki karyerasını sonlandırıb.

Apasport.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında paylaşım edib. O, 14 ildən sonra yığma ilə vidalaşdığını açıqlayıb.

Xatırladaq ki, Şehiç 2015 – 2018-ci illərdə Ağdam klubunda çıxış edib. O, "köhlən atlar"la 5 dəfə ölkə çempionu olub. Hazırda o, “Əl-Halic" klubunun formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0