“Qarabağ”ın qapıçısı Rusiya milli komandasında
07.11.2023 - 17:21
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya milli komandasına çağırılıb.
Apasport.az xəbər verir ki, milli komandanın baş məşqçi Valeri Karpin Kuba ilə yoxlama görüşü üçün nəzərdə tutulan ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.
Mütəxəssis ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra isə yekun heyət açıqlanacaq.
Qeyd edək ki, Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda keçiriləcək.
0
0