"Qarabağ"ın rəqibindən yeni müqavilə
16.01.2024 - 16:51
"Qarabağ"ın rəqibindən yeni müqavilə

“Braqa” futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliya klubu Joau Vaskonselosla razılaşmanın müddətini artırıb.

Klubun öz yetirməsi olan 18 yaşlı gənc futbolçu 2028-ci ilin yayına kimi “Braqa”ya məxsus olacaq. Portuqaliyanın aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qorumuş arxa xətt oyunçusu komandanın əvəzedici heyətinin üzvü olsa da, tez-tez əsas komandaya da cəlb olunur. O, bu mövsüm 16 matçda meydana çıxaraq, 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında pley-off matçları fevralın 15-i və 22-nə planlaşdırılıb.

writer photo
Əlirza Əlirzalı
0