“Qarabağ”ın rəqibindən yeni rekord
30.10.2023 - 09:01
“Qarabağ”ın rəqibindən yeni rekord

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer” ardıcıl 8-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqada “Frayburq”u məğlub edib.

2:1 hesablı qələbəyə sevinən Xabi Alonsonun yetirmələri bununla da yeni rekorda imza atıb. Komanda bütün turnirlərdə üst-üstə ardıcıl 8 matçda qalib gəlib. “Bayer” Bundesliqaya yüksəldiyi 1979-cu ildən indiyədək heç vaxt ardıcıl 8 qələbə qazanmamışdı.

Leverkuzenlilərin əvvəlki rekordu 2001/02 mövsümünə təsadüf edib. Klaus Topmöllerin çalışdırdığı komanda həmin vaxt ardıcıl 7 qələbəyə sevinib.

Qeyd edək ki, “Bayer” həm Bundesliqada, həm Avropa Liqasının qrupunda liderdir.
 

writer photo
Əlirza Əlirzalı
0