“Qarabağ”ın rəqibinə 20 milyonluq təklif
01.09.2022 - 22:22
“Qarabağ”ın rəqibinə 20 milyonluq təklif

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Frayburq”un hücumçusu Kevin Şade karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu “Brentford”un hədəfindədir.

Premyer Liqa təmsilçisi forvard üçün növbəti təklifi göndərib. İngiltərəlilər “Frayburq”a 20 milyon avrodan artıq məbləğ ödəməyə razıdır.

Almaniya klubu bu günün sonuna kimi təklifə cavab verməlidir. “Frayburq” rəhbərliyi Bundesliqanın ən sürətli oyunçularından biri olan Kevini heyətində saxlamaq istəsə də, maliyyə baxımından sərfəli təklifdən imtina etməkdə çətinlik çəkir.

Qeyd edək ki, Şade ötən mövsümün 24 oyununda 5 qol vurub. O, saatda 36,37 km/s sürətlə Bundesliqada 3-cüdür.
 

writer photo
Əlirza Əlirzalı
0