Qaret Beyl 9 milyonluq turnirdə - yeni karyera
24.01.2023 - 12:21
Qaret Beyl 9 milyonluq turnirdə - yeni karyera

Uels millisinin, “Tottenhem” və “Real”ın sabiq futbolçusu Qaret Beyl peşəkar qolfçu karyerasına start verir.

Apasport.az saytının məlumatına görə, bunu böyük britaniyalı ulduzun özü açıqlayıb.

Futbolçu karyerasını 2 həftə əvvəl başa vuran Beyl gələn ay ilk ciddi sınağına çıxacaq. O, “AT&T Pebble Beach Pro-Am” turnirində mübarizə aparacaq.

Yarış fevralın 2-5-də keçiriləcək. Yarışda 156 peşəkar və 156 həvəskar qolfçu mübarizə aparacaq. Turnirdə aktyorlar Bill Mürrey, Ceyson Beytman, qolfçular Mett Fitspatrik, Lük Donald, Cordan Smit də iştirak edəcək. Turnirin mükafat fondu 9 milyon dollardır.

Qeyd edək ki, yanvarın 9-da karyerasını bitirdiyini açıqlayan Beyl Çempionlar Liqasının beşqat qalibidir.

writer photo
Əlirza Əlirzalı
0