Qətərin mundial üçün xərclədiyi məbləğ açıqlandı - 208 milyard
27.09.2022 - 15:05
Qətərin mundial üçün xərclədiyi məbləğ açıqlandı - 208 milyard

DÇ-2022-yə xərclənən vəsaitin məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, Qətər 208 milyard avro xərcləyib.

Mundialın kommunikasiyalar üzrə direktoru Fatma Əl-Nuaymi bu vəsaitin hara xərcləndiyini də açıqlayıb: “DÇ-2022 ilə əlaqələndirilən 208 milyard avro əslində ölkənin milli inkişaf və modernləşmə strategiyasına xərclənib. Komandaların və azarkeşlərin istifadə edəcəyi miqyaslı infrastrukturun çoxu yollar, metro, aeroport, otellər və digər xərclər DÇ-2022-yə ev sahibliyi etməzdən öncə planlaşdırılıb”.

Stadionların inşasına cəmi 6,75 milyard avro xərclənib. Qətərdə 7 yeni stadion inşa olunub, bir arenada yenidənqurma işləri aparılıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0