Mutu vətənində iş tapdı
22.01.2024 - 10:37
Mutu vətənində iş tapdı

“Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutu vətənində özünə yeni komanda tapıb.

Apasport.az Rumıniya mediasına istinadla xəbər verir ki, 45 yaşlı mütəxəssis ÇFR-i çalışdıracaq. 

Rumıniyalı çalışdırıcının sabah - yanvarın 23-də komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Adrian Mutu ötən ilin iyul ayından dekabra qədər “Neftçi"ni çalışdırıb. 

writer photo
Əlirza Əlirzalı
0