Qış planı
09.09.2022 - 22:13
Qış planı

“Çelsi”nin qış transfer pəncərəsi üçün planı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yenidən Yoşko Qvardiola təklif göndərəcək.

London təmsilçisi “Leypsiq”in müdafiəçisinə maraq göstərməkdə davam edir. Xorvatiyalının keçidini yayda həll edə bilməyən “Çelsi” transferin qışda reallaşacağına ümidlidir.

Qeyd edək ki, Yoşko yayda “Leypsiq”lə müqaviləni uzadıb.
 

writer photo
Əlirza Əlirzalı
0