“Milan” 5 milyonluq hücumçu alır
27.04.2023 - 17:51
“Milan” 5 milyonluq hücumçu alır

“Milan” heyətinə daha bir təcrübəli futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Marko Arnautoviçin keçidini həll etməyə qərar verib.

“Rossonyeri”nin rəhbərliyi 34 yaşlı avstriyalı hücumçunun komandanı gücləndirəcəyini düşünür. O, müqaviləsi yayda başa çatacaq Zlatan İbrahimoviçi əvəzləməlidir. Divok Oriqi və Ante Rebiçin də komandadan gedəcəyi gözlənilir. Milanlılar Markonun “Bolonya”dan transferinin 5 milyon avroya gerçəkləşəcəyi qənaətindədir.

Qeyd edək ki, avstriyalı A seriyasının cari mövsümündə 16 oyunda 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0