Qiyməti ən az, dəyəri ən böyük - "Qarabağ"ın ÇL-də heyət müqayisəsi
16.08.2024 - 12:54
Qiyməti ən az, dəyəri ən böyük - "Qarabağ"ın ÇL-də heyət müqayisəsi

Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq komandaların heyətlərinin dəyəri müəyyənləşib. 

Apasport.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ" 17,98 milyon avro ilə sonuncu pillədə qərarlaşıb. 

3-cü təsnifat mərhələsində "Fənərbaxça"nı mübarizədən kənarlaşdıran Fransa klubu "Lill" 241 milyon avro ilə siyahıya liderlik edir. Türkiyə təmsilçisi "Qalatasaray" 210,5 milyon avro ilə ikinci, Avstriyanın "Zaltsburq"u isə 177, 3 milyon avro ilə üçüncüdür. 

1. "Lill" (Fransa) - 241 milyon avro

2. "Qalatasaray" (Tükiyə) - 210,5 milyon avro

3. "Zaltsburq" (Avstriya) - 177,3 milyon avro

4. "Slavya Praq" (Çexiya) - 87,8 milyon avro

5. "Dinamo Kiyev" (Ukrayna) - 76,7 milyon avro

6. "Dinamo Zaqreb" (Xorvatiya) - 72,7 milyon avro

7. "Sparta Praq" (Çexiya) - 71,4 milyon avro

8. "Srvena Zvezda" (Serbiya) - 67,7 milyon avro

9. "Yanq Boyz" (İsveçrə) - 64,28 milyon avro

10. "Midtyullann" (Danimarka) - 58,65 milyon avro

11. "Malmö" (İsveç) - 41,5 milyon avro

12. "Bodo Qlimt" (Norveç) - 32,25 milyon avro

13. "Slovan Bratislava" (Slovakiya) - 20,6 milyon avro

14. "Qarabağ" (Azərbaycan) - 17,98 milyon avro

writer photo
Əlirza Əlirzalı
0