“Qızıl top”a namizdələrin siyahısı açıqlandı
06.09.2023 - 23:45
“Qızıl top”a namizdələrin siyahısı açıqlandı

“Qızıl top”a namizəd futbolçuların siyahısı müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, ilin ən yaxşı futbolçusu mükafatına 30 iddiaçı var.

Namizədlər siyahısında ən çox “Mançester Siti”dən oyunçu yer alıb. Çempionlar Liqasının qalibi olan komandanın 7 üzvü “Qızıl top”u qazana bilər. Onlardan Erlinq Holland mükafatı qazanmağa əsas namizədlərdən sayılır. Argentina ilə dünya çempionu titulunu qazanan Lionel Messi də 8-ci dəfə ilin ən yaxşısı seçilər bilər.

Qeyd edək ki, qalibin adı oktyabrın 30-da təşkil olanacaq qala-gecədə açıqlanacaq.

Namizəd futbolçuların siyahısı
Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl-İttihad”), Yoşko Qvardiol  (“Mançester Siti”), Camal Musiala (“Bavariya”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martines (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yassin Bono (“Əl-Hilal”), Martin Edeqor (“Arsenal”), Xulian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real”), Ruben Diaş (“Mançester Siti”), Erlinq Holland (“Mançester Siti”), Nikola Barella (“İnter”), Cud Bellingem (“Real”), Bukayo Saka (“Arsenal”), Kevin De Bryune (“Mançester Siti”), Bernardu Silva (“Mançester Siti”), Randal Kolo Muani (PSJ), Lionel Messi (“İnter Mayami”), Rodri (“Mançester Siti”), Lautaro Martines (“İnter”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Barselona”), Kilian Mbappe (PSJ), Viktor Osimhen (“Napoli”), Kim Min Je (“Bavariya”), Luka Modriç (“Real”), Harri Keyn (“Bavariya”).

 

writer photo
Əlirza Əlirzalı
0