Qosens Almaniyaya dönür
12.08.2023 - 20:34
Qosens Almaniyaya dönür

Almaniyalı futbolçu Robin Qosens “İnter”i tərk edəcək.

Apasport.az-ın məlumatına görə, müdafiəçi ölkəsinə qayıdacaq.

“İnter” “Union Berlin”lə transferin detallarını razılaşdırıb. Almanlar bu keçid üçün 15 milyon avro ödəyəcəklər. 26 yaşlı müdafiəçi növbəti həftə tibbi müayinədən keçib müqavilə imzalayacaq. Robinin Milan klubu ilə 2026-cı il iyunun sonunadək müqaviləsi olsa da, o, komandanın əsas heyətində oynamaq şansını itirmişdi. 

Qeyd edək ki, Qosens 2022-ci ilin yanvarında “İnter”ə keçib. O, başa çatan mövsümdə komandanın heyətində 49 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0