Zlatan İbrahimoviçin “canı” “Milan”da 
23.01.2023 - 09:47
Zlatan İbrahimoviçin “canı” “Milan”da 

İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını bitirməyi düşünür.

Apasport.az saytı xəbər verir ki, İtaliya "Milan"ının 41 yaşlı hücumçusu cari mövsümün sonunda peşəkar futbolla vidalaşa bilər.  

İtaliya mətbuatının yazdığına görə, "rossonerilər" veteran futbolçuya iyunda başa çatacaq müqavilənin uzadılmasını təklif etməsə, hücumçu karyerasını bitirəcək. İbrahimoviç yeni komanda axtarmaq istəmir. Onun üçün ən yaxşı seçim məhz hazırkı komandasında qalmaqdır.

Qeyd edək ki, 2020-ci ildən “Milan”ın şərəfini qoruyan Zlatan dizindən aldığı zədə səbəbindən meydana çıxma bilmir.
 

writer photo
Əlirza Əlirzalı
0