"Ayaks"ın baş məşqçisi qovuldu
24.10.2023 - 09:44
"Ayaks"ın baş məşqçisi qovuldu

“Ayaks”ın baş məşqçisi Mauris Steyn postundan qovulub.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. 

Yeni mövsümə bərbad başlanğıc edən komanda hazırda turnir cədvəlinin 17-ci pilləsində yer alır. Keçirdiyi son 8 matçda qələbə üzünə həsrət qalan Amsterdam təmsilçisi tarixinin ən pis dövrünü yaşayır.
Hələlik bu posta kimin təyin olunacağı bəlli deyil.

Qeyd edək ki, niderlandlı mütəxəssis iyul ayında komandanın sükanı arxasına keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0