Qrinvud “Xetafe”dən qovula bilər: maraqlı səbəb
23.10.2023 - 12:31
Qrinvud “Xetafe”dən qovula bilər: maraqlı səbəb

Meyson Qrinvud “Xetafe”dən qovula bilər.

Apasport.az xəbər verir ki, 22 yaşlı hücumçu klubdaxili qaydaları pozduğu üçün cəzalana bilər.

Məsələ burasındadır ki, ingilis futbolçu məşqdən sonra atası ilə birlikdə "Burger King"dən yemək aldığı zaman kameralara tuş gəlib. İspaniya klubunun baş məşqçisi Xose Bordalas isə futbolçulara qeyri-sağlam yemək yeməyi qadağan edib və artıq çəkiyə malik olan futbolçuların durumu diqqətlə izlənilir. Həddindən artıq çəki daşıyan oyunçular isə cəzalandırılır. Artıq çəkisi olduğu bildirilən Qrinvudun bu qayda pozuntusuna görə hansı cəza alacağı hələlik məlum deyil.

Qeyd edək ki, mövsümün əvvəlində “Mançester Yunayted”dən icarə əsasında “Xetafe”yə keçən Meyson iştirak etdiyi 5 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0