Qrinvuda iki elçi
29.11.2023 - 16:19
Qrinvuda iki elçi

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudu heyətində görmək istəyən komandaların adları bəlli olub.

Apasport.az xəbər verir ki, hazırda “Xetafe”də icarədə olan hücumçu İspaniyanın digər klublarının diqqətini cəlb edib.

“Valensiya” və “Real Sosyedad” Meysonu heyətinə qatmaq istəyir. Hər iki klub bu transferi yayda reallaşdırmaq fikrindədir.

Qeyd edək ki, “Xetafe” Qrinvudu mövsümün sonuna qədər icarəyə götürüb.

writer photo
Əlirza Əlirzalı
0