Qvardiola 3-cü dəfə ən yaxşı seçildi
31.05.2023 - 11:06
Premyer Liqada mövsümün ən yaxşı məşqçisi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mükafatın sahibi olub.
Onun yetirmələri mövsümün sonuna üç tur qalmış çempionluğu bayram edib. Yekunda “şəhərlilər” çempionatı 5 xal üstünlüklə başa vurub. 28 qələbə qazanan və 94 qol vuran Mançester təmsilçisi “Böyük beşlik”də ən yüksək göstəricilərə nail olub.
Qeyd edək ki, Qvardiola 6 mövsüm ərzində 3-cü dəfə ən yaxşı seçilib. O, 2018-ci və 2021-ci illərdə də bu mükafatı qazanıb.
0
0