Qvardiola Braziliya millisində işləməkdən imtina etdi
08.01.2023 - 18:34
Qvardiola Braziliya millisində işləməkdən imtina etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya yığmasını qəbul etməkdən imtina edib.

Apasport.az xəbər verir ki, Braziliya Futbol Federasiyası Xosepin Cənubi Amerika millisində çalışmaqda maraqlı olub-olmadığını öyrənmək üçün məşqçinin meneceri və qardaşı Pere Qvardioladan ilkin fikir öyrənib.

Qvardiola bu təklifi rədd edib və "Mançester Siti"də davam etmək istədiyini bildirib.

Xatırladaq ki, DÇ-2022-nin nəticələrinə görə Çiçe Braziliya millisinin baş məşqçisi postunu tərk edib.

writer photo
Əlirza Əlirzalı
0